Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni virus dünyada sürətlə YAYILIR



Newscenter.az.28.11.2021. Yeni "omikron" ştamı dünyada sürətlə yayılmağa başlayıb.

Newscenter.az report.az-a istinadən xəbər verir ki, Niderlandda Afrika ölkələrindən gələn 13 vətəndaşda koronavirusun "omikron" ştamı aşkarlanıb.

Uçuşlar qadağan olunana qədər ölkəyə bir neçə reyslə ümumilikdə 61 nəfər gəlib. Onların hamısı təcridxanaya yerləşdirilib və koronavirus üçün testdən keçirilib.

Səhiyyə Nazirliyindən bildirilib ki, digər test nümunələrinin tədqiqi davam edir, çünki “omikron”a yoluxmuş şəxslərin aşkarlanması mümkündür.

XXX

Cənubi Afrika Respublikasında yeni "omikron" ştamına 100-ə yaxın yoluxma halı aşkar edilib.

Ölkənin Qərbi Keyp əyalətinin Səhiyyə Nazirliyinin əməliyyat şöbəsinin rəhbəri Saadik Kariem bildirib.

Stellenboş Universitetinin tibbi virusologiya kafedrasının müdiri, professor Volfqanq Prayser isə deyib ki, yeni ştamın simptomları əvvəlkilərin simptomları ilə eynidir, lakin "omikron"la bağlı bir çox məsələlər hələ də öyrənilir.

XXX

Avstraliyada koronavirusun "omikron" ştamına iki yoluxma faktı qeydə alınıb.

Bu barədə "The Guardian" məlumat yayıb.

Belə ki, yeni ştam Afrikadan gələn iki vətəndaşda aşkarlanıb.

Xəstəliyə yoluxanların hər ikisinin COVID-19-a qarşı peyvənd olunduğu məlum olub. Onlar hazırda tibb müəssisəsində təcrid vəziyyətdədirlər.

ÜST tərəfindən "omikron" ştamı əvvəlcə Afrikanın cənubunda müəyyən edilib. Mütəxəssislər hesab edirlər ki, o, digər ştamlarla müqayisədə daha sürətli yayılır və tərkibində çoxlu sayda mutasiya var.
Xəbəri paylaş