Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni virusa qarşı Azərbaycanda müəyyən daxili qapanmaların tətbiqi elmi əsaslıdır



Newscenter.az.28.11.2021. "Omikrona" qarşı strategiyanın əsasında Azərbaycanda peyvəndləmə sahəsində olan ciddi boşluqları qısa müddətdə aradan qaldırmaq və insanlara sürətlə effektiv buster peyvəndləri təklif etmək durmalıdır.

Newscenter.az xəbər verir ki, bu fikirləri Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, tibb elmləri doktoru Nuran Abdullayev yeni virusun yayılması və buna qarşı aparılacaq mübarizənin yolları ilə bağlı verdiyi açıqlamada qeyd edib.

Özünün sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Nuran Abdullayev Azərbaycanın da bəzi zəruri addımlar atmalı olduğunu iadə edib:

"Müəyyən daxili qapanmaların tətbiqi və Azərbaycana hava yolu ilə olan səyahətlərə məhdudiyyətin qoyulması elmi əsaslıdır".

Mehman
Xəbəri paylaş