Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda qanunsuz fəaliyyət göstərən topdan və pərakəndə satış müəssisəsi aşkar olunub



Newscenter.az.29.11.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, Agentlik əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küç., ev 34, m.54 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quliyev Zahir Cəfər oğluna məxsus topdan və pərakəndə satış müəssisəsində plandankənar yoxlama keçirib. Yoxlama zamanı mağazada satışı həyata keçirilən saxta spirtli içkilər müəyyən olunub. Aşkar olunmuş fakta bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 70 ədəd 0,7 litrlik, 84 ədəd 0,5 litrlik və 73 ədəd 1 litrlik “Organic Line” adlı saxta spirtli içki məhsulları götürülərək saxlanca verilib. Müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Faktla bağlı araşdırmalar davam edir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

Sevinc
Xəbəri paylaş