Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemləri yenidən qurulur



Newscenter.az.29.11.2021. "Azərsu" ASC çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemlərinin yenidən qurulması məqsədilə yeni layihənin icrasına başlayıb.

Newscenter.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində həyata keçirilən layihə çərçivəsində binaların daxilində yerləşən dik qayaqlar ləğv edilərək pilləkən qəfəsələrinə çıxarılır, hər bir abonent sayğacla təmin olunur.

İstehlakçıların suölçən cihazlarla təmin edilməsi məqsədilə həyata keçirilən layihə Xətai rayonunda sovet dövründə tikilmiş 22 çoxmənzilli yaşayış binasını əhatə edir. Bu məqsədlə 1 516 mənzilə sayğacın quraşdırılması nəzərdə tutulur. Qısa müddət ərzində 520-dən çox mənzilə yeni birləşmə verilərək sayğaclar quraşdırılıb.

Eyni zamanda həmin ərazidə “Azərsu”yun daxili imkanları hesabına məhəllədaxili su xətləri yenilənir. Layihəyə əsasən, məhəllələrdə ümumi uzunluğu 3 400 metr olan paylayıcı su xətləri çəkilir və indiyə qədər işlərin 30%i yerinə yetirilib. Həmin kəmərlərdən binaların giriş xətlərinə birləşmə verilir. Bununla da binalara suyun birbaşa paylayıcı xətlərdən verilməsi təmin olunur və zirzəmilərən keçən borular ləğv edilir. Sovet dövründə tikilmiş binaların əksəriyyətində daxili su təchizatı sistemləri şaxtalarda quraşdırılıb. Dik dayaqlar uzun müddətdir istismar olunduğundan bəzi hallarda su sızmaları və axıntılar baş verir. Bu da mənzillərin və zirzəmilərin su ilə dolmasına səbəb olur.

Binadaxili su təchizatı sistemlərinin şaxtalardan pilləkən qəfəsələrinə çıxarılması və məhəllədaxili şəbəkənin yenidən qurulması gələcəkdə binaların zirzəmilərinə su axıntılarının qarşısını alacaq, su itkilərini azaldaraq xidmətin keyfiyyətinin yüksəldilməsinə imkan verəcək. Eyni zamanda hər bir mənzildə sayğacların quraşdırılması və sayğacların pilləkən qəfəsələrinə çıxarılması dəqiq uçotun aparılması, yaranmış borcun vaxtında toplanması, debitor borcun yaranmamasına gətirib çıxaracaq.

Binadaxili su təchizatı sistemləri 2013-cü ildən “Azərsu”yun balansına verilib və ötən dövrdə dövlət investisiyaları hesabına Abşeron yarımadası və regionlarda 6000-dən artıq çoxmənzilli yaşayış binasıın daxili su təchizatı sistemləri yenidən qurulub.

Sevinc
Xəbəri paylaş