Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranla münasibətlərdə də yeni era başlayacaq!



Newscenter.az.29.11.2021. Bəli, dəfələrlə həmkarlarımla siyasi şərhlərimizdə Azərbaycanın İrana qarşı daim dürüst olduğunu, İranın isə buna əks davrandığını demişik. Lakin Soçi bəyanatı və İƏT-in 15-ci Zirvə görüşündə İlham Əliyevin İran prezidenti ilə ilk dəfə görüşü, Ərdoğan və Rəisi arasında xoş mesajlar və nəticədə Zəngəzur dəhlizi, Aşqabadda İranla imzalanan qaz sazişi bu pozitiv münasibətləri diqtə edir. Baxmayaraq ki, İran hələ də "Hüseyniyyun" adlı radikalların ölkəmiz əleyhinə fəaliyyətinə göz yumur. Elə ona görə də cənab Prezident vurğulayır ki, dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. "Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək”.

Aşqabadda imzalanan “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş”i barədə danışan İlham Əliyev bildirib:

“Sənəd imzalandı, bunun da çox böyük əhəmiyyəti var. Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var”.

Tural İsmayılov-politoloq
Xəbəri paylaş