Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları məhv edilib



Newscenter.az.29.11.2021
. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki. “AZ FP CO LTD” MMC-nin Agentliyə müraciəti əsasında istifadə müddəti bitmiş və istehlaka yararsız 65 adda, ümumi çəkisi 8946.77 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda AQTA əməkdaşlarının iştirakı ilə məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir.

Sevinc
Xəbəri paylaş