Newscenter.az.29.11.2021. Noyabrın 28-də Aşqabadda Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.Toplantı çərçivəsində liderlərlə bir araya gələn Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sevincli olması diqqətdən qaçmayıb.
Pakistan Prezidenti Arif Alvi və İran Prezidenti İbrahim Rəisinin də yer aldığı foto gündəm olub. Sözügedən foto ilə bağlı sosial şəbəkələrdə şərhlərdə “Gündəm Qarabağdır, deyəsən” yazılıb.....
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısındakı çıxışında deyib: “Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasının da qapılarını açıb. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bu addımlar bölgədə normallaşdırma cəhdlərini dəstəkləyəcəkdir. Türkiyə olaraq bu prosesdə Azərbaycanın yanında olmaqda davam edəcəyik. Təşkilat olaraq da Azərbaycan ilə tam həmrəylik içərisində olmağımız böyük önəm daşıyır.Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi bölgədə normallaşdırma səylərini gücləndirəcək”.Birlikdə gələcəyə” devizi ilə keçirilən Zirvə Toplantısı ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaxşı fürsətdir.
Türkiyənin irəli sürdüyü Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu kontekstdəki səylərimizin ən əyani təzahürüdür. Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də önəmi böyükdür”.
Bu məsələ ilə bağlı bir il qədər geriyə gedib 44 günlük vətən müharibəsini taclandıran Zəfər paradında Türkiyə Prezindenti cənab Rəcəp Təyyib Ərdoğanın möhtəşəm açıqlamasından sitat gətirmək istəyirəm."Biz Qarabağdakı ermənilər ilə, Azərbaycan vətəndaşı olmaq şərti ilə, eyni zamanda sülhə və sabitliyə tərəqqi göstərmək naminə birgə yaşayış arzusundayıq. Biz heç bir dövlətin vətəndaşına qarşı təcavükar niyyətimiz məqsədimiz yoxdur. Amma əgər 10 noyabr Bəyannaməsinin şərtlərinə əməl etməzlərsə, birgə yaşayış yerinə ayrı yaşamaq istəkləri olarsa o zaman Göyçədə bizimdir,Zəngəzurda bizimdir, Xankəndi də".Yəni Ərdoğanın bu fikirləri də mesaj xarakteri daşıyırdı və artıq Ermənistan da qəbul edib ki, "Qarabağ,Zəngəzur,Xankəndi,Göycə,Qaragöl bütövlükdə Qərbi Azərbaycan bizimdir!”
Aygül Bağırova
YAP fəalı
AJB üzvü