Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngəzur dəhlizinin açılması beynəlxalq yükdaşımaya yeni bir yol açacaqdır



Newscenter.az.29.11.2021. “Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.

İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısındakı çıxışı zamanı bildirib.

Zəngəzur Cavidan,Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən qanlı döyüşlərin məkanı olub. Həm də ona görə ki, atəşpərəstliyin ən məşhur məbədgahları bu yerlərdə idi və neçə-neçə abidədə izi yaşamaqda idi. Ərəblər məhz Cənubi Azərbaycan-Naxçıvan-Biçənək-Gorus-Laçın-Bərdə istiqaməti ilə hərəkət edərək o vaxt Alban, Arran adlanan Şimali Azərbaycanı zəbt ediblər.
Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi – əhalisinin kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.

1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə – indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib.
Müasir Azərbaycan Respublikası ərazini öz torpaqları saysa da Ermənistan Respublikasına qarşı torpaq iddiası irəli sürmür. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır.” söylərərək elan etmişdir.

Bildiyimiz kimi Qarabağ münaqişəsindən əvvəl bu dəhliz istifadə olunub, amma münaqişədən sonra Naxçıvanla quru əlaqəsi kəsilib , ancaq İran ərazisindən keçmək olub. Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycan üçün əhəmiyyət kəsb edən məsələ deyil ,bunun sübut olaraqdan regional(Rusiya,İran,Türkiyə,Gürcüstan və regiona marağ gösdərən Qərb,Ərəb və Çin KİV-lərində dərc olunan yazıları deyə bilərik.

Son zamanlar Abxaziyadan keçən dəmir yolu xətlərin açılması yenidən gündəmə gətirilməsi ,Gürcüstanın 44 günlük müharibənin nəticələrini xüsusi qapalı iclasda müzakirə etməsi Zəngəzur dəhlizinin yaradılıb, yaradılmamasının marağ dairəsində olduğunu gösdərir.Dəhlizin açılması “iqtisadi gücün” ən böyüklərindən olan Çin üçün əhəmiyyəti isə olduqca çoxdur bununla bağlı ekspertlər Çinin əldə edəcəyi faydanı belə hesablamağa çalışlar.

Beləliklə onu deyə bilərik ki, Zəngəzur dəhlizinin açılması beynəlxalq yükdaşımaya yeni bir yol açacaqdır. Prezident İlham Əliyevin çıxışında dediyi kimi Azərbaycan istər regional istər qeyri-regional dövlətlərlə ikitərəfli dost münasibətində olmuş,müxtəlif platformalarda əməkdaşlıq etmişdir.
Bir daha qeyd edim ki Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün önəmi çox böyükdür bu dəhliz Türk dünyasının birləşməyinə bir addımdır,Zəngəzur dəhlizi sahəsində Naxçıvana quru yolu ilə nəqliyyat açılacaq habelə qardaş Türkiyə və Azərbaycan arasında əlaqələr daha da inkişaf edəcəkdir.

Ermənistan Azərbaycana verdiyi sözləri yerinə yetirməli bəyannamə şərtində olduğu kimi Zəngəzur dəhlizinin yaradılmasına şərait yaratmalıdır. Bu olmadığı təqdirdə Ermənistan iqtisadi güc də sonlara məhkum,hərb olaraqsa məğlub olmağa davam edəcəkdir.Prezident İlham Əliyevində dediyi kimi “Zəngəzur dəhlizini icra edəcəyik,Ermənistan bunu istəsə də istəməsə də”....

Bugün Ermənistan da revanşist qüvvələr Zəngəzur dəhlizinin yaradılmasının əleyhinədir,ancaq Ermənistan hakimiyyəti yaxşı bilir ki, Azərbaycanı özlərinə rəqib gördükləri bütün arenalarda məğlub olacaqlar.

Biz haqqımız olan Zəngəzur dəhlizini icra edəcəyik.Azərbaycan öz haqq işini davam etdirir və xalqımız öz Liderinin, Müzəffər Ali Baş Komandanının ətrafında daha sıx birləşərək, qarşıda növbəti zəfərlərini əldə etmək üzrədir. Düşmən Ermənistan isə nə qədər gec deyil, növbəti buraxdığı səhvlərindən əl çəkməli, sülh sazşiniə imza atmalı, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, əks halda…

#ZƏNGƏZURBİZİMDİR
#ZƏNGƏZURAZƏRBAYCANDIR

Aygül Bağırova
YAP fəalı
Xəbəri paylaş