Newscenter.az.30.11.2021. Paytaxtdakı 45 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək
Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 45 nömrəli tam orta məktəbdə COVİD-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.
Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 45 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
R.Mehdiyeva