Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMU ilə Aqrar Sığorta Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb



Newscenter.az.30.11.2021. Bakı Mühəndislik Universiteti (BMU) ilə Aqrar Sığorta Fondu (ASF) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, sənəd universitetin müəllim və tələbələri arasında elmi-praktik məlumatların inkişafını təmin etməyi, sosial məsuliyyəti artıran layihələrin icrasını, menecment, sığorta işi və aqrar sığorta sahəsində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Memorandumu BMU-nun rektoru, professor Havar Məmmədov və ASF-nin İdarə Heyətinin sədri Fuad Sadıqov imzalayıblar.

Sənəddə tədris ili ərzində tələbələrə istehsalat təcrübəsinin, yay təcrübə proqramlarının keçirilməsi və sertifikatın verilməsi, eyni zamanda, təhsil müəssisəsini bitirmiş məzunların, xüsusi istedadlı tələbələrin aqrar sığorta sistemində (ASF və sistemin üzvü olan 8 sığorta şirkətində) işlə təmin edilməsi məsələləri öz əksini tapıb.

Təhsil və aqrar sığorta sahələrində müasir texnologiyaların elmi inkişafın istifadəsində qarşılıqlı əlaqələndirmə, innovasiya fəaliyyəti, həmçinin layihə və tədqiqatların birgə həyata keçirilməsi, konfransların, təlimlərin, seminarların təşkili də memorandum üzrə fəaliyyət istiqamətlərinə daxildir.

R.Mehdiyeva
Xəbəri paylaş