Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Şahin Seyidzadə növbəti vətəndaş qəbulu keçirib-FOTOLAR



Newscenter.az.30.11.2021. Milli Məclisin deputatı Şahin Seyidzadə Qobustan rayonu Heydər Əliyev Mərkzində Qobustan şəhəri, Sündü, Çalov, Cəmcəmli, Cəyirlİ, Bəklə və Nabur kəndlərindən olan olan vətəndaşlarla fərdi qəbul həyata keçirib.

Newscenter.az Şahin Seyidzadənin Deputat Qərargahına istinadən xəbər verir ki, qəbul zaman millət vəkili vətəndaşların problemini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.

Qəbul zamanı əsasən sosial problemlərin həlli, məşğulluq, təhsil, kənd təsərrüfatı, əmlak və torpaq məsələləri ilə bağlı müraciətlər səsləndirilib. Millət vəkili vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağını deyib.

NEWSCENTER.AZ
Xəbəri paylaş