Newscenter.az.30.11.2021. Dekabrın 1-də Energetika Nazirliyinin təşkilatçılığı ilə “Enerjiyə qənaətin önəmi” mövzusunda onlayn seminar keçiriləcək.
Newscenter.az nazirliyə istinadən xəbər verir ki, vebinarda Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliyi şöbəsinin böyük məsləhətçisi Elçin Tarquluyev tərəfindən evlərdə, ofislərdə və ictimai binalarda enerjiyə qənaət yolları, enerjiyə qənaətin iqtisadi və ekoloji önəmi, ölkəmizdə enerjiyə qənaətlə bağlı görülən işlər və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi üzrə atılan addımlar haqqında ətraflı məlumat veriləcək, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılacaq.
Onlayn seminarda iştirak etmək istəyənlər 1 dekabr tarixində saat 20:00-da Energetika Nazirliyinin “facebook” sosial şəbəkəsindəki səhifəsi vasitəsi ilə seminara qatıla bilərlər.
Sevinc