Newscenter.az.30.11.2021. Noyabrın 29-dan Türkiyədə qeydə alınan Lodoq qasırğası və şiddətli yağışlar Mərmərə dənizinin daşmasına səbəb olub.
Newscenter.az Türkiyə mediasına istinadən xəbər verir ki, dənizin daşması Bursa şəhərinin Gemlik bölgəsində qeydə alınıb. Dənizin daşması nəticəsində onlarla təknə su altında qalıb. Həmçinin sel suları Gemlikdəki sahilə yaxın küçə və evlərə ciddi zərər vurub, bir çox iaşə obyektlərini su basıb.
Qeyd edək ki, saatda 90 km-dən güclü olan Lodos fırtınası dənizdə 5 metr hündürlüyündə dalğalara səbəb olub.
Mehman