Newscenter.az.30.11.2021. Hər dəfə bir təxribat olanda "Allah rəhmət eləsin" deyib üstündən keçirik, halbuki bütün bu tipli hadisələr ciddi təhqiqat predmeti olmalıdır. Olmalıdır, amma olmur. Onda da gücümüz (o da hamının yox) həqiqəti bütün çılpaqlığı ilə açıb ortaya qoymağa çatır.
Düşmən isə rahat şəkildə öz işini davam etdirir. Bizim insanların həyatı üzərində və bizim milli maraqlarımıza qarşı. DSX helikopterinin "qəzaya uğraması" da bu qəbildəndir. Düşmən bir "qəza" üzərində bir neçə hədəfinə nail oldu yenə.
Həmin hədəflər də bunlardır:
1. Düşmənin məkrli niyyətlərinə qarşı ölümünə döyüşənlər mütləq cəzalarını alacaqlar mesajı.
2. Azərbaycanda müdafiə naziri postunda düşmənin istədiyi şəxs olacaq və ya qalacaq.
3. DSX bütün hərbi ləvazimat və sursatı yalnız həmin düşməndən almalıdır.
4. Azərbaycan Xəzərdə yalnız düşmənin məsləhət bildiyi çərçivədə və yalnız onun özü ilə birlikdə fəaliyyət göstərməlidir.
Bütün bunların olmaması üçün (çünki bunların hamısı bizim dövlət maraqlarımıza qarşıdır) ortaya qəti mövqe və siyasi iradə qoyulmalıdır.
Əsas olmayan da elə budur.
Odur ki, bizə yenə də Allah şəhidlərimizə rəhmət eləsin demək qalır.
Ərəstun Oruclu-"Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri