Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Helikopter qəzası ilə bağlı birgə istintaq qrupu yaradıb



Newscenter.az.30.11.2021. Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Bu barədə Newscenter.az-a Baş prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilib, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, o cümlədən zəruri sorğular verilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Xəbəri paylaş