Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Oktyabrda ölkədə elektrik enerjisi istehsalı artıb



Newscenter.az.30.11.2021. 2021-ci ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2168,8 mln. kVt·st, ixracı 125,8 mln. kVt·st, idxalı 10,3 mln. kVt·st olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 273,1 mln. kVt·st, ixrac 66,0 mln. kVt·st artıb, idxal isə 0,4 mln. kVt·st azalıb.

Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, cari ilin yanvar-oktyabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1554,4 mln. kVt·st artaraq 22855,8 mln kVt·st olub. Hesabat dövründə ötən ilin 10 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 1394,8 mln. kVt·st artaraq 21458,6 mln kVt·st, SES-lərdə 162,5 mln. kVt·st artaraq 1108,9 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 2,9 mln. kVt·st azalaraq 288,3 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 77,0 mln. kVt·st, günəş elektrik stansiyalarında 48,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 162,8 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Yanvar-oktyabr aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 20504,3 mln. kVt·st (İES-lərdə 19525,3 mln. kVt·st, SES-lərdə 979,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 379,1 mln. kV·st (İES-lərdə 216,8 mln. kVt·st, SES-lərdə 117,4 mln. kVt·st, GES-də 44,9 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 56,7 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 1915,7 mln. kVt·st təşkil edib.
2021-ci ilin 10 ayı ərzində elektrik enerjisinin ixracı 1156,0 mln. kVt·st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 254,9 mln. kVt·st artıb. İrana 252,8 mln. kVt·st, Türkiyəyə 318,6 mln. kVt·st, Rusiyaya 79,1 mln. kVt·st, Gürcüstana isə 505,5 mln. kVt·st elektrik enerjisi ixrac edilib.
Bu dövrdə elektrik enerjisinin idxalı 130,8 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,8 mln. kVt·st artıb. İrandan 27,3 mln. kVt·st, Rusiyadan 78,9 mln. kVt·st, Gürcüstandan isə 24,6 mln. kVt·st elektrik enerjisi idxal edilib.


Sevinc
Xəbəri paylaş