Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran vətəndaşının xarici valyutanı ölkədən qanunsuz yolla çıxarmasının qarşısı alınıb



Newscenter.az.30.11.2021. Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda ölkəmizdən İran İslam Respublikasına gedən həmin ölkə vətəndaşının idarə etdiyi "Jack" markalı yük avtomobili gömrük nəzarətindən keçən zaman ixrac yoxlama xəttində saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının çöl hissəsində və dartıcı ilə qoşqunun arasında yerləşən havalandırma borusunun içərisində gömrük nəzarətindən gizlədilən 22 260 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sevinc
Xəbəri paylaş