Newscenter.az.30.11.2021. İranın Azərbaycanla münasibətdə səbəbkar olduğu gərginliyin aradan qalxmasında Azərbaycanın prinsipiallığı, ölkə rəhbərinin regionla bağlı risklərin zamanında və mükəmməl dəyərləndirməsi və bu risklərin likvidasiyası üçün bazaların daha öncədən formalaşdırması rol oynadı.
Bu prosesdə ən əsas məqam regionda yeni şərtlərdə risklərin düzgün dəyərləndirilməsi və onların ilkin fazada həlli taktikasının uğurlu qurulması idi.
Etiraf etmək lazımdır ki, Azərbaycan prezidenti belə taktikaların qurulmasının mahir ustasıdır.
Elə bu səbəbdən də istər Qoşulmama Hərəkatının ikinci dönəm üçün sədri Azərbaycandır, İqtisadi Əməkdaşlıq Təşkilatının beyin mərkəzi olan İƏT- Tədqiqat Mərkəzi Bakıdadır ( 10 yaxın belə arqument saya bilərəm) və s.
Amma , bu bəzi reallıqları dəyişmir.
İranın xarici siyasətində, xüsusi ilə Azərbaycana münasibətində riyakarlıq həmişə əsas xətti təşkil edir.
Baxmayaraq ki, ikili münasibətlərdəki gərginliyin aradan qaldırılması, qarşılıqlı münasibətlərin sonrakı fəaliyyətində xoşməramlı əlaqələr haqqında razılaşma var, amma nə İranın Azərbaycana qarşı təbliğatını aparan geniş media , nə sosial şəbəkələrdəki, nə də ölkə daxilindəki şəbəkəsi xoşməramlı fəaliyyətdə deyillər.
Onlar təbliğatını necə aparırdısa elə də davam edirlər.
Bu dairələrin hara bağlılığı məlum olduğu üçün , sifarişin də hardan gəldiyi məlumdur.
Əgər İran doğurdan da xoşməramlı münasibətdə maraqlı və ən əsası səmimidirsə, bu şəbəkələrin də anti Azərbaycan təbliğatı, Azərbaycan rəhbərliyinə qarşı çirkin təbliğatı dayandırmalıdır.
Yeganə Hacıyeva-beynəlxalq məsələlər üzrə ekspert