Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Soçi görüşü Cənubi Qafqazda sülhün və təhlüksizliyn təmin edilməsi baxımından çox mühüm addım oldu



Newscenter.az.30.11.2021. Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi baxımında böyük önəm kəsb edir. Bu görüşün nəticələri və görüş nəticəsində qəbul edilən bəyanat Azərbaycanın növbəti diplomatik uğuru kimi xarakterizə etmək olar.

Bəyanatda nə status, nə də Qarabağ ifadəsi var. Ermənistan tərəfinin həmişə iddia etdiyi hərbi əsir və girov məsələsinə də toxunulmur. Bəyanatda Rusiyanın məsləhətçi köməyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılılıq əldə olunduğu qeyd edilir. Eyni zamanda avtomobil və dəmir yollarının açılması ilə bağlı layihələrin başlanılması barədə qərar qəbul edilib ki, bu da məhz bu Zəngəzur dəhlizini nəzərdə tutur.

Heç bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi bu sənəddə əksini tapıb. Bu bəyanatın qəbul edilməsi eyni zamanda digər vasitəçiləri, xüsusilə də Paşinyanın daim prosesə cəlb etmək istədiyi ATƏT-in Mink qrupunu kənarda qoyur. Onlar artıq formal xarakter daşıyır. Hazırda prosesdə Rusiyanın daha aktiv vasitəçilik missiyası həyata keçirdiyini görürük. Bu məsələdə prinsipal mövqe göstərən Rusiya post-sovet məkanda qaynar münaqişələrdən birinin həllində vasitəçi olmaqla öz beynəlxalq imicini yaxşılaşdırmaq və nufuzu gücləndirmək istəyir”.

Soçi görüşü Cənubi Qafqazda sülhün və təhlüksizliyn təmin edilməsi baxımından çox mühüm addım oldu.

Bildiyiniz kimi artıq delimitasiya məsələsində İşçi Qrupun yaradılması ilə bağlı razılıq əldə olunub. Bu faktın özü də onu deməyə əsas verir ki, Ermənistan kapitulyasiya aktının şərtlərinə əməl etməyə vadar edilir. Zatən Ermənistanın başqa yolu da yoxdur. Paşinyan və Ermənistan yeni reallıqları qəbul eləməli, eyni zamanda həmin reallıqlarla barışmalıdır. Azərbaycan qalib ölkədir və bundan sonra diktə edən tərəf də hər zaman Azərbaycan olacaq”. Yaşasın qüdrətli Azərbaycan! Yaşasın Ali baş komandan İlham Əliyev!

İbrahim Kərimov,
YAP Sabirabad rayon təşkilatının məsləhətçisi
Xəbəri paylaş