Newscenter.az.1.12.2021. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, noyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 256, tank əleyhinə 354 mina və 223 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 4 145 456 m² (414 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
2020-ci ilin noyabrın 10-dan cari ilin noyabrın 30-dək isə piyada əleyhinə 10 456, tank əleyhinə 4 683 mina və 12 659 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Beləliklə, nəticədə 63 583 085 m² (6 358 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.