Newscenter.az.1.12.2021. “Bu gün üçün Azərbaycanda 7 867 nəfər qeydiyyatda olan İİV (immun çatışmazlığı virusu) xəstələri var”.
Bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
Mərkəz direktoru qeyd edib ki, bunların 70 %-i kişilər, 30 %-i qadınlardır: “Bu ilin 11 ayı ərzində isə 654 nəfər qeydiyyata düşüb. Bunun da 635-i Azərbaycan vətəndaşı, 19 nəfəri isə əcnəbilərdir”.