Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda restoranda yanğın olub




Newscenter.az.1.12.2021
. Bakıda restoranda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, ümumi sahəsi 900 m² (hər mərtəbəsi 300 m²) olan üçmərtəbəli restoranın 1-ci mərtəbəsinin xarici divarına quraşdırılan havalandırma qurğusunun mühərriki yanıb. Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəbəri paylaş