Newscenter.az.1.12.2021. "Kəndlərdə idmanı inkişaf etdirək" layihəsi çərçivəsində növbəti tədbir Qobustan rayonunda keçirilib.
Newscenter.az xəbər verir ki, Qobustan rayonunun Xilmilli kəndində keçirilən tədbirdə 50 məktəbli, o cümlədən şəhid ailələrindən olan uşaqlar iştirak ediblər. Həmçinin tədbirə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları Arzu Nağıyev, Şahin Seyidzadə, və rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.
Tədbirdə iştirak edən məktəblilərə futbola marağı artırmaq məqsədilə idman geyimləri və futbol topları verilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin dekabrında Azərbaycan Milli Olimpiya Komitəsində çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi məqsədilə AFFA-nın təşəbbüsü ilə 2020-ci ildə karantin rejiminin tələblərinə əməl etməklə respublikamızın müxtəlif bölgələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə "Kəndlərdə idmanı inkişaf etdirək" layihəsi çərçivəsində tədbirlər keçirilib.
NEWSCENTER.AZ