Newscenter.az.2.12.2021. Milli Məclisin deputatı Jalə Əhmədova kənd təsərrüfatı naziri İnam Kərimovla görüşüb.
Newscenter.az xəbər verir ki, görüş zamanı, qeyri-neft sektorunun ən aparıcı sahəsi olan aqrar sahənin inkişafından və bu istiqamətdə görülən işlərdən, ölkə üzrə kənd təsərrüfatı məhsullarının istehsalının daha da artırılmasından söhbət açılıb.
O cümlədən Salyan rayonunda qarğıdalı əkini və baramaçılığın inkişafı, böyük kəndlərdə dəyirmanların tikilməsi, örüş otlaq sahələri, bölgədə fəaliyyət göstərən fermerlərin dövlətin ayırdığı güzəştli kreditlərdən yararlanması, müharibə iştirakçıları və qazilərə kənd təsərrüfatı sahəsində güzəştlərin edilməsi və s. digər bir çox məsələlər müzakirə edilib.
Millət vəkili kənd təsərrüfatı naziri İnam Kərimova diqqət göstərib onu qəbul etdiyinə görə minnətdarlığını bildirib, ölkəmizin inkişafı naminə şərəfli və məsuliyyətli işində yeni-yeni uğurlar arzulayıb.
Ruhiyyə