Newscenter.az.2.12.2021. Azərbaycanda da valyutaya tələbat artıb.
Noyabrın 18-dən indiyə qədər Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi 5 valyuta hərracı keçirib və valyutaya tələbatın tam ödənilməsi şərtilə 543,2 mln. ABŞ dolları satıb. Son 15 gün ərzində valyuta sartışının həcmi bütün oktaybr ayı üzrə satışdan - 539,9 mln. ABŞ dollarından çox olub. Beləliklə də niyabr ayı üzrə valyuta satışının həcmi bu il üçün orta aylıq normadan çox olub. Gözlənilir ki, dekabr ayı üzrə də satış orta ayıq normadan yüksək olacaq. Valyutaya artan tələbat ilin sonunda xarici borc öhdəlikləri üzrə ödənişlərin çoxalması ilə izah oluna bilər.
Bugün, OPEC üzv və qeyri-üzv ölkələrin nazirlərinin 23-ci iclasında, gündəlik neft hasilatının gələn ilin yanvarında 400 min barrel artırılmasına dair qərar qəbul edilib, əgər ABŞ və onun müraciət etdiyi ölkələr rezervlərin istifadəsinə başlayarsa bu dünya bazarında neftin qiymətinin ucuzlaşmasını şərtləndirəcək, hazırda Brend markalı xam neftin 1 barreli 69 ABŞ dolları, WTI markalı xam neftin 1 barrelinin qiyməti isə 66 ABŞ dolları ətrafındadır. Neftin qiymətlərinin uzun müddətli ucuzlaşması Azərbaycanda devalvasiya riskləri yaradan amillərin xeyli fəallaşmasına gətirib çıxara bilər. Belə olan halda əgər dövlət bazara müdaxilə etməzsə o halda devalvasiya qaçılmazdır.
Qubad İbadoğlu-iqtisadçı ekspert