Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Harmonikləşdirilmiş Sistem 2022-nin Tətbiqi" mövzusunda onlayn seminar keçirilir



Newscenter.az.2.12.2021. Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu üçün "Harmonikləşdirilmiş Sistem 2022-nin Tətbiqi" mövzusunda onlayn seminar başlayıb. ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi tərəfindən təşkil ounan təlimdə qurumun Avropa Regionuna üzv dövlətlərinin gömrük orqanlarının əməkdaşları iştirak edir.

Nescenter.az xəbər verir ki, seminar Avropa Regionunun üzvləri tərəfindən Harmonikləşdirilmiş Sistem 2022 Nomenklaturasının müddəalarının vahid təfsirini və tətbiqini təmin etmək məqsədilə təşkil olunub.

Qeyd edək ki, Harmonikləşdirilmiş Sistem malların təsvirini və tərkibini özündə əks etdirən beynəlxalaq kodlaşdırma sistemidir və ÜGT tərəfindən mütəmadi şəkildə 5 illik dövrü əhatə edən yeni versiyası hazirlanır.

Seminarda çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov bildirib ki, müxtəlif beynəlxalq konvensiyalarda edilən dəyişikliklər və əlavələr nəticəsində Beynəlxalq Qida və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Gömrük Təşkilatının Katibliyi və aidiyyəti digər qurumlar tərəfindən təqdim edilmiş təkliflər əsasında hazırlanan Harmonikləşdirilmiş Sistemin 2022-ci il variantının beynəlxalq ticarətin dinamikasına müsbət təsir edəcəyi şübhəsizdir. O da qeyd olunub ki, Harmonikləşdirilmiş Sistemin 2022-ci il variantı kənd təsərrüfatı, tikinti sahəsində statistikanın düzgün aparılmasına, Monreal Protokoluna edilən dəyişikliklər üzrə əlavə edilmiş mallara yeni kodların verilməsi gömrük orqanları tərəfindən həmin malların idxal-ixracına nəzarətin daha dəqiq həyata keçirilməsinə şərait yaradacaq.

Komitə sədrinin birinci müavini seminar iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası (XİFMN) üzrə kodların Beynəlxalq Harmonikləşdirilmiş Sistemin 2022-ci il variantına uyğunlaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq dəyişiklikləri özündə əks etdirən qərar layihəsi hazırlanıb.

Qərar layihəsində Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının 17 bölməsi üzrə 64 mal qrupunda dəyişikliklər və düzəlişlər edilib, müvafiq mal mövqeləri üzrə kodlar Harmonikləşdirilmiş Sistemin 2022-ci il versiyasına uyğunlaşdırılıb.

İsmayıl Hüseynov bildirib ki, Harmonikləşdirilmiş Sistemin 2022-ci il variantının Azərbaycan Respublikasında 2022-ci il 1 yanvar tarixində qüvvəyə minməsi gözlənilir.

Qeyd edək ki, Harmonikləşdirilmiş Sistemin 2022- ci il variantı dünya ticarətinin strukturundakı, həmçinin sosial və ekologiya məsələləri üzrə qlobal dəyişikliklər nəzərə alınmaqla növbəti 5 illik dövrü əhatə edərək 351 düzəlişi özündə əks etdirir.

Xatırladaq ki, Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üçün "Harmonikləşdirilmiş Sistem 2022-nin Tətbiqi" mövzusunda onlayn seminar dekabrın 3-dək davam edəcək.

Sevinc
Xəbəri paylaş