Newscenter.az.2.12.2021. Rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin noyabr ayında 7 hadisə nəticəsində 9 nəfərin mina qurbanı olmasını qeydə alınıb
Newscenter.az Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinə istinadən xəbər verir ki, nəticədə bir nəfər mina təmizləyən, bir nəfər sərhədçi, 2 nəfər Daxili Qoşunların hərbi qulluqçusu və 4 nəfər mülki şəxs olmaqla 1 nəfər həlak olub, 8 nəfər yaralanıb.
2021-ci ilin noyabr ayında 6 hadisəyə piyadalar əleyhinə, 1 hadisəyə isə tank əleyhinə minalar səbəb olub. Hesabat dövründə minalarla bağlı hadisələr Cəbrayıl, Ağdam, Goranboy, Laçın, Füzuli və Zəngilan rayonlarının ərazisində baş verib
Mehman