Newscenter.az.2.12.2021. 3 dekabr saat 11:30-da Hyatt Regency mehmanxanasının Quba zalında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinə həsr olunmuş “Kəhrizlər – su və həyat mənbəyidir” başlıqlı foto sərgi və konfrans keçirəcək.
Newscenter.az xəbər verir ki, tədbirdə prezident aparatının, Nazirlər Kabinetinin, bir sıra nazirlik (İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi) və dövlət qurumlarının (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Melorasiya və Su Təsərrüfatı ASC, Azərsu ASC, Dövlət Neft Şirkəti), BMT-nin ölkədəki agentliklərinin, səfirliklərin, donor və tərəfdaş təşkilatların, təhsil və vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri, layihənin icra edildiyi rayonlardan icra hakimiyyəti təmsilçiləri, icma üzvləri, layihə mühəndisləri və kəhriz ustaları iştirak edəcək.
Tədbiri giriş nitqi ilə BMqT -nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Vladimir Qorjiyev, BMT-nin Azərbaycandakı rezident Əlaqələndiricisi Vladanka Andreyeva və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə Direktoru Moon Jong Hyun açacaqlar.
Açılıqş nitqlərindən sonra kəhrizlərin bərpasında tətbiq olunan yeni texnologiyalrın işini əks etdirən film nümayiş olunacaq və ətraf mühit üzrə ən nüfuzlu mükafat sayılan Qlobal Enerji Mükafatının 2021-ci il üzrə milli qalibi seçilmiş adı çəkilən layihə çərçivəsində fəaliyyəti əks etdirən fotoşəkillər, çap olunmuş kitab və broşurlardan ibarət sərgiyə baxış keçiriləcək.
Sevinc