Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müəllimlərin 90 mindən çoxu koronavirus əleyhinə peyvəndin üçüncü dozasını vurdurub



Newscenter.az.2.12.2021. "Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində çalışan pedaqoji heyətin təxminən 90 mindən çoxu koronavirus əleyhinə peyvəndin üçüncü dozasını vurdurub".

Newscenter.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu gün istər təhsildə, istərsə də digər sahələrdə iştirakçılıq təmin olunursa, bu, əhalinin kütləvi vaksinasiyası nəticəsində mümkün olub: "İl yarım bundan əvvəl ölkədə gün ərzində yoluxma sayı 5 mindən yüksək olanda problemlər yaşayırdıq. Lakin indiki vəziyyətdə məktəblərdə, yaxud ali təhsil müəssisələrində ənənəvi tədrisi davam etdiririk".
Xəbəri paylaş