Newscenter.az.2.12.2021. Noyabr ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 18 161 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-0 nömrəli) 15 997 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 128 vətəndaşın videoqəbul formatında müraciəti daxil olub.
Newscenter.az xəbər verir ki, ötən ay BŞTİ-yə 1 605 sənəd (vətəndaşlar tərəfindən 632 ərizə, Təhsil Nazirliyindən 213, digər qurumlardan 211, məktəblərdən 334 məktub, 81 strukturdaxili yazışma və 134 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 431 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması və digər məsələləri əhatə edib.
R.Mehdiyeva