Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllıda tibb xidməti daha da yüksəldiləcək



Newscenter.az.3.12.2021. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mərkəzi Xəstəxananın akt zalında tibb işçiləri ilə görüş keçirib.

Newscenter.az-ın xəbərinə görə, rayon rəhbəri bildirib ki, səhiyyənin inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirilir. Buna görə də son illərdə praktiki olaraq rayonda yüksək tibb xidməti yaradılıb. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır. Eyni zamanda mövcud problemlər istiqamətində əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir.

Lakin bəzən səhlənkarlıq hallarına da yol verilir. Ən kiçik nöqsan belə vətəndaşları incik sala bilir. Ona görə də bu kimi hallara yol vermək olmaz.
Xəsətəxanada çalışan hər bir tibb personalı ilk növbədə, bir məqsədə - rayon əhalisinin sağlam olması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət etməlidir. Dövlətin yaratdığı şəraitdən hər bir vətəndaşın faydalanmasına imkan yaradılmalıdır.

O, bildirib ki, hazırda rayonda vətəndaşların peyvəndlənməsi, həmçinin üçüncü doza vaksinin vurulması prosesi aparılır. Bu istiqamətdə əhalinin maarifləndirilməsi üzrə mühüm işlər görülməlidir.

Ruhiyyə
Xəbəri paylaş