Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehran, gec olsa anladı ki,....

 Tehran, gec olsa anladı ki,....


Newscenter.az.3.12.2021. İslam Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən zirvə toplantısında əhəmiyətli nəticələr əldə olundu. Bu nəticələrin ən əsaslarından biri o oldu ki, Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalandı.

Newscenter.az xəbər verir ki, bu fikirləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib. O bildirib ki, bu sazişə, müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək:

"Müqavilə müddətsiz imzalanıb və bu ilin dekabrın 22-dən həyata keçirilməsinə başlanılacaq. Bu müqavilənin imzalanması Azərbaycan dövlətinin tarixi diplomatik qələbəsidir. Ermənilərin məkrli planları iflasa uğrad".

Əkrəm Həsənov onu da bildirib ki, yeni reallıqlar İranı da adekvat addımlar atmağa sövq edir: "Tehran artıq öz siyasətini Azərbaycanın maraqları ilə uzlaşdırmağa başlayır. Çünki, Tehran, gec olsa da eybi yox, nəhayətdə anladı ki, Azərbaycan İran üçün bir çox ölkəyə açılan qapı rolunu oynayır. Əlbəttə, Azərbaycanla gərginliyin artırılması İranın özü üçün kifayət qədər problemlər yaratmışdı. İran 10 milyonluq Azərbaycan bazarı və Azərbaycan körpüsündən istifadə edib dünyaya çıxmağı seçirsə, Bakı ilə münasibətləri daha da yaxşılaşdırmalı idi. Bunu gərək lap əvvəldən edərdi. Eybi yoxdur, gec deyil. Bundan sonra belə hallara yol verilməz deyə ümid edirik".

Mehman
Xəbəri paylaş