Newscenter.az.3.12.2021. Bir neçə gün əvvəl gənclər və idman nazirinin müavini təyin edilən Mariana Vasilevanın qeyri-adi rəqsləri, milli mentalitetiməz zidd hərəkətləri ilə yanaşı, avtoşluğu da varmış.
Newscenter.az baku.ws-ya istinadən xəbər verir ki, xanım nazir müavini bir neçə il əvvəl, Azərbaycanın bədii gimnastika yığmasının baş məşqçisi olarkən avtomobilini yüksək sürətlə idarə etdiyi üçün onu paytaxtdakı məşhur marketlərdən birinə çırpıb.
Həmin məlumatı oxuculara təqdim edirik:
Bakıda baş verən qeyri-adi qəzanı törədən sürücünün kimliyi məlum olub.
BAKU.WS-in əldə etdiyi eksklüziv məlumata görə, “Koroğlu”da yerləşən “Bravo” hipermarketinə girən “Audi-Q3”ün sürücüsü xanım olub.
Həmin sürücü Azərbaycanın bədii gimnastika yığmasının baş məşqçisi Mariana Vasilevadır.
Hadisə ilə bağlı Azərbaycan Gimnastika Federasiyası ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Bikə Abdullayeva BAKU.WS-ə açıqlamasında bildirdi ki, hadisə zamanı Mariana Vasileva heç bir xəsarət almayıb.
“Mariana Vasileva xəsarət almayıb, salamatçılıqdır. Hazırda o, iş başındadır. Avtomobilə nə qədər ziyan dəyməsi barədə isə heç bir məlumatım yoxdur”, - deyə Bikə Abdullayeva bildirib.
Qeyd edək ki, ötən gün “Audi-Q3” markalı avtomobil “Koroğlu”da yerləşən “Bravo” hipermarketində girib. Qəzadan sonra həmin maşının dövlət nömrə nişanı çıxarılıb.