Newscenter.az.4.12.2021. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Şabran rayon sakinləri Əflatun Həşimov və Sabir Məmmədov COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilmələrinə baxmayaraq yaşadıqları ünvanları tərk etdikləri müəyyən olunub. Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslərlə profilaktik söhbətlər aparıblar və yaşadıqları ünvanlara geri qaytarılıblar.
Faktlarla bağlı RPŞ-də araşdırma aparılır.
Mehman