Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşğaldan azad olunmuş ərazilərində mövcud olan əlvan metal yataqlarının perspektivliyi müzakirə edilib



Newscenter.az.4.12.2021 “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının növbəti iclası keçirilib. Newscenter.az-a cəmiyyətdən bildirilib ki, iclasda Müşahidə Şurasının üzvləri, eləcə də "AzerGold" QSC-nin sədri və İdarə Heyətinin üzvləri iştirak ediblər.

İclasda şirkətin 2021-ci il üzrə gəlirlər və xərclər smetasına dəyişikliklər, “Cəmiyyətin qızıl satışından gəlirlərinə bazar qiymətinin mənfi təsirinin minimallaşdırılmasının təmin edilməsi məqsədi ilə hedcinq əməliyyatları üzrə Qaydalar” müzakirə edilərək təsdiq edilib.

Şirkətin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan əlvan metal yataqlarının perspektivliyi ilə bağlı strateji təhlilləri, “Daşkəsən” dəmir filizi yatağının istismarı layihəsi və digər dəyişikliklərin Cəmiyyətin 2035-ci ilədək olan dövr üzrə inkişaf strategiyası daxilində təsdiq edilməsinə dair müvafiq qərarlar qəbul edilib.

Sevinc
Xəbəri paylaş