Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ismayıl İsmayılovun vurulmasına səbəb Kəmaləddin Heydərov olub-FOTOLAR



Newscenter.az.4.12.2021. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun vəzifədən uzaqlaşdırılmasına fövqəladə hallar naziri Kəmaləddin Heydərov səbəb olub.

Newscenter.az xəbər verir ki, Avropada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli belə bir iddia ilə çıxış edib. Cavanşir Həsənlinin araşdırmasından məlum olub ki, İsmayıl İsmayılovla FHN şefi arasında münasibətlər o qədər yaxın olub ki. hətta sabiq nazir müavininin oğlu Elvin İsmayılov Heydərovun biznes şəbəkəsini idarə edirmiş.

Cavanşir Həsənli yazır: "İsmayıl İsmayılovun oğlu Elvin ismayilov Heydərovlara məxsus biznes şəbəkəsinin idarəçiliyində yaxından iştirak edir. O, əvvəllər "QƏBƏLƏ ATICILIQ KLUBU" MMC-yə rəhbərlik edib. Hazırda Gilan Holdinqə daxil olan "GİLAN İNŞAAT" MMC-nin qanuni təmsilçisi kimi çıxış edir, "QƏBƏLƏ SPORT STORE" MMC-yə rəhbərlik edir. "QƏBƏLƏ SPORT STORE" idman ləvazimatlarnın, o cümlədən ov silahlarının satışı üzrə ixtisaslaşıb".

Cavanşir Həsənli daha sonra qeyd edir ki, İsmayıl İsmayılovun oğlunun rəhbərlik etdiyi daha bir şirkət "CORE CONSTRUCTİON" (keçmiş “Gilan Construction Group”) Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu şirkət Heydərovların biznesində yeni şəbəkə hesab oluna bilər. "CORE CONSTRUCTİON" yaxın dövrdə Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus Avropa Azərbaycan Məktəbini inşa edib. "Avropa Azərbaycan Məktəbi" Təhsil Kompleksi" MMC 2011-ci ildə FRANCESCO BANCHINI adlı əcnəbi vətəndaşın adına rəsmi qeydiyyatdan keçirilib.
"CORE CONSTRUCTİON" (https://coreconstruction.az/az/) həmçinin Bakıdakı City Tower binasının təmiri, AFB Bankın baş ofisinin, AĞDAŞ BİYAN ZAVODUNUN tikintisini həyata keçirib".



P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

NEWSCENTER.AZ
Xəbəri paylaş