Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR



Newscenter.az.4.12.2021. Millət vəkili Könül Nurullayeva Deputat Qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Deputat qəbul zamanı vətəndaşlarımızla görüşərək, onların dilə gətirdiyi şikayətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

Newscenter.az xəbər verir ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında vətəndaşın xaricdə müalicə almasına maddi dəstəyin göstərilməsi, məhəllədaxili yola asfalt örtüyünün döşənməsi, yaşayış binasının dam örtüyünün təmir olunması, şəhidimizin əziz xatirəsinə həsr olunan kitabın dərc olunmasına maddi yardımın edilməsi, orta məktəbə şəhidin adının verilməsi, aztəminatlı ailələrin qarşılaşdığı məişət problemləri, məşğulluq probleminin aradan qaldırılması və kanalizasiya sisteminin yenilənməsi ilə bağlı məsələlər başlıca yer alıb.

Millət vəkilinin qərargahından verilən məlumata görə, seçicilərin qəbul ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

Ruhiyyə
Xəbəri paylaş