Newscenter.az.4.12.2021. İranın Natanz şəhərində bu gün baş verən partlayışın yaxınlıqdakı nüvə obyekti ilə heç bir əlaqəsi yoxdur.
"Report" xəbər verir ki, bu barədə IRNA agentliyi mənbəyə istinadən məlumat yayıb.
Hadisə nəticəsində itkilərin olmadığı qeyd edilir.
Qeyd edilir ki, partlayış raketdən müdafiə sisteminin işə salınması nəticəsində baş verib.