Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı deputatın oğlu "SSRİ gözəli" müsabiqəsinə SPONSORLUQ EDİB-FOTOLAR



Newscenter.az.5.12.2021. Milli Məclisin bəzi deputatlarının dəbdəbəli həyatları, onların özlərinin və övladlarının xarici ölkələrdəki biznesləri barədə zaman-zaman faktlar əsasında məlumatlar yayılıb. Belə deputatlarda biri də Ülvi Quliyevdir və millət vəkili barədə müntəzəm olaraq cəmiyyət üçün heç də xoş olmayan məlumatlar yayılır.

Newscenter.az araşdırmaçı jurnalist Cavanşir Həsənliyə istinadən xəbər verir ki, deputatın oğlu Orxan Quluzadə bir neçə il əvvəl Londonda "Miss USSR" ("SSRİ gözəli") müsabiqəsinə bir ətək pul töküb. 2017-ci ildə o, "Rubicon Production" studiyasının və Litva əsilli rus prodüser Valentina Gordeevanın prodüserliyi ilə London, Mayfairdakı bahalı və dəbdəbəli Hilton otelində keçirilən konkursun çəkilişlərinə sponsorluq edib.

Cavanşir Həsənli araşdırma materialı əsasında sual edir:

"Nəyə görəsə müstəqil Azərbaycanın deputatının oğlu 30 il əvvəl qəbrə qoyulmuş SSRİ-nin Londonda xiffətini çəkib. SSRİ dağılanda onun cəmi 2 yaşı vardı. O zaman İngiltərənin məşhur "İndependent" qəzeti də bu müsabiqə haqqında xəbəri "High heels, tiny bikinis and Soviet nostalgia: Why is Miss USSR happening in London?" başlığı ilə təqdim etmişdi.

Jurnalist qeyd edir ki, həmin vaxt Britaniyanın Latviyadakı keçmiş səfiri, Avropa İslahatları Mərkəzinin hazırda xarici siyasət direktoru olan Yan Bond "The Independent"ə bildirmişdi ki, "bu tədbir ciddi zövqün və tarixi şüurun çatışmazlığını göstərir".

"Britaniya mətbuatı yazırdı ki, müsabiqə güclü sponsorların hesabına keçirilib, sponsorlar sırasında mənşəcə keçmiş Sovet respublikalarından olan şəxslərə məxsus şirkətlərin, o cümlədən Londondakı "Caviar House"nin adı çəkilib".

P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

NEWSCENTER.AZ
Xəbəri paylaş