Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda "AA" seriyalı maşının sürücüsü qazinin yolunu kəsib onu söydü



Newscenter.az.5.12.2021. Bakıda "AA" seriyalı avtomobilin sürücüsü qazinin yolunu kəsib. Avtomobildəki kameraya düşmüş görüntülər sosial şəbəkədə yayılıb. Ucnoqta.az xəbər verir ki, 10-AA-794 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü hava limanı yolunda 110 km saat sürətlə hərəkət edən Nicat adlı qazinin avtomobilini sıxışdıraraq onun qarşısını kəsib. Daha sonra hərəkət edərək oradan uzaqlaşıb.

Qazinin dostu iddia edir ki, baş verən hadisədən qəzəblənən Nicat etirazını bildirən zaman, "AA" seriyalı avtomobilin sürücüsü onu söyərək təhqir edib.

Avtosfer.az-ın araşdırmasına görə 10-AA-794 qeydiyyat nişanlı "BMW" markalı avtomobil "F-Prestige" MMC-yə məxsusdur.
Xəbəri paylaş