Newscenter.az.5.12.2021. Gələn ilin ilk ayında Qarabağ müharibəsi şəhidlərinin Türkiyənin Antalya şəhərinə səfəri təşkil ediləcək.
Newscenter.az xəbər verir ki. bu barədə məlumatı Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi yayıb. Bildirilib ki, şəhid övladlarının səfəri Antalya Böyükşehir Bələdiyyəsi, Demre Bələdiyyəsi, eləcə də Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin birgə əməkdaşlığı çərçivəsində reallaşacaq.
Qeyd edək ki, səfər hazırlıqları, eləcə də sözügedən layihənin detalları ilə bağlı Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Ceyran Səttarova Antalya Böyükşehir Bələdiyyəsi sədrinin müavini Durmuş Ali Arslanla görüşüb.
NEWSCENTER.AZ