Newscenter.az.5.12.2021. Mədəniyyət naziri Anar Kərimov heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyasının üzvləri ilə görüşüb.
Newscenter.az-in məlumatına görə, bu barədə nazir özünün tviterdəki səhifəsində bildirib.
“Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyasının üzvləri ilə ilk görüşümüzü keçirdik və bu sahədə gələcək planlarımızı müzakirə etdik.
Komissiya üzvlərinə dəyərli töhfələrinə görə təşəkkür edirəm”.