Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağda daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb



Newscenter.az.5.12.2021. İkinci Qarabağ müharibəsində Azərbaycan hərbçiləri tərəfindən məhv edilmiş və bu günə kimi itkin düşmüş sayılan daha bir erməni hərbçisinin meyitinin qalıqları aşkarlanıb.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Belə ki, Xocavənd rayonunda aşkar edilən meyit Rusiya sülməramlılarının iştirakı ilə Ermənistana təhvil verilib.

Onun şəxsiyyət məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq.

Ümumilikdə, müharibə başa çatdıqdan sonra Qarabağda 1704 erməni hərbçisinin meyitinin qalıqları tapılıb.
Xəbəri paylaş