Ucar sakini qardaşını güllələyərək qətlə yetirdi
Tarix: 5-12-2021, 20:33
Newscenter.az.5.12.2021. Ucarda qardaş ehtiyatsızlıdqan qardaşı güllələyib.
Newscenter.az xəbər verir ki, hadisə bu gün rayonun Alpout kəndində baş verib.
Kənd sakini, 2010-cu il təvəllüdlü Pünhan Tofiq oğlu Abbasov əlindəki ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə qardaşı, 2007-ci il təvəllüdlü Salik Tofiq oğlu Abbasovu qətlə yetirib.
Faktla bağlı araşdırma aparılır.