Newscenter.az.5.12.2021. Milli Məclisin deputatı Ülvi Quliyevin Azərbaycandan kənarda olan biznesi təhlükədədir.
Newscenter.az araşdırmaçı jurnalist Cavanşir Həsənliyə istinadən xəbər verir ki, millət vəkilinin oğlu Orxan Quluzadə Britaniyadakı iki şirkətindən birini bağlayıb.
Onun təxminən iki il əvvəl Londonda təsis etdiyi MARKETING SOLE PROJECT LTD şirkəti də bu il avqustun 24-də qapadılıb. Jurnalistin bundan əvvəl təqdim etdiyi sənədlərdə Orxan Quluzadənin Londonda 5 bahalı mənzil sahibi olması bildirilirdi.
Cavanşir Həsənlinin verdiyi xəbərə görə, Orxan Quluzadə ilə aparılan "profilaktik söhbətlərdə" deputatın oğluna İngiltərənin daşınmaz əmlak bazarından geri çəkilmək, mənzilləri satmaq və pulu ölkəyə geri gətirmək məsləhət görülüb.
P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
NEWSCENTER.AZ