Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda turizm bələdçilərinin dövlət tərəfindən milli sertifikatlaşdırılması prosesinə başlanılır



Newscenter.az.6.12.2021. Azərbaycanda turizm bələdçilərinin ilk dəfə dövlət tərəfindən milli sertifikatlaşdırılması prosesinə başlanılır. Newscenter.az-a Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycan Turizm Bürosuna bununla bağlı sertifikasiya hüququ verilib.

Dekabrın 7-də bununla bağlı tədbir təşkil olunacaq. Tədbirdə Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun rəhbərlərinin iştirakı gözlənilir.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının mətbuat konfransı keçiriləcək.

Sevinc
Xəbəri paylaş