Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı sakininin bank hesabından pul oğurlanıb



Newscenter.az.6.12.2021. Bakı şəhər sakininin bank hesabından pul oğurlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə noyabrın 5-də paytaxt sakini Y.Hacıməmmədovanın bank hesabından 785 manat pulunun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Nağıyev müəyyən edilərək tutulub.
Xəbəri paylaş