Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıdan Qusara istirahətə gedən yeniyetmə oğlan dağdan yıxılaraq ölüb



Newscenter.az.6.12.2021. Qusar rayonunda yeniyetmə oğlan faciəvi şəkildə ölüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə dekabrın 5-i saat 16 radələrində rayonun Laza kəkdi ərazisində qeydə alınıb.

Belə ki, yaxınları ilə birlikdə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu dağdan yıxılaraq ölüb. Onun meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş