Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb



Newscenter.az.6.12.2021. Polis əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerdə bu xəstəliyə yoluxmuş şəxs aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində V.Ağayevin özünütəcrid müddəti bitmədən müalicə aldığı ünvanı tərk etdiyi və şəhər ərazisində olduğu müəyyən olunub.

Həmin şəxs müəyyən edildiyi ərazidən həkimlərin müşaiyəti ilə müalicə aldığı ünvana geri qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.

Mehman
Xəbəri paylaş