Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ersin Tatar: "Rum zehniyyəti dəyişməyib"



Newscenter.az.6.12.2021. «Rum vandalizmi və zehniyyəti davam edir».

Newscenter.az xəbər verir ki, bu fikirləri Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar adanın rum idarəçiliyindəki Lamaka məscidinin yandırılmasına yönəlik cəhdlərə münasibət bildirərkən deyib. Tatar qeyd edib ki, Kipr probleminin həllinə yönəlik rum tərəfinə dialoq çağırışları davam etdiyi bir ərəfədə Lamaka məscidinin yandırılmasına yönəlik cəhdləri şiddətlə qınayır:

«Rum tərəfi geniş miqyasda silahlanmağa davam etdiyi bir ərəfədə məscidlərin yandırılmasına yönəlik fəsliyyətlər təsadüfi deyil. Yunan Kiprində mövcud olan tarixi, dini və mədəni abidlərin yandırılmasına yönəlik bu kimi cəhdlər buir daha onu deməyə əsas verir ki, rum zehniyyəti dəyişməyib».

Sevinc
Xəbəri paylaş